Zukerberq "milyarderlər bunkerinə" köçməyi planlaşdırır

Zukerberq "milyarderlər bunkerinə" köçməyi planlaşdırır backend

Amerikalı milyarder Mark Zukerberq "milyarderlərin bunkeri" kimi tanınan nüfuzlu Mayami məhəlləsində daşınmaz əmlak almağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, Zukerberq gəlir vergiləri sıfır olan və Floridaya köçən "super varlılar"ın sırasına qoşulacaq.

İş adamı Biskeyn körfəzində "milyarderlər bunkeri" kimi tanınan, süni ada olan “Indian Creek”dəki əmlakı Amerikada “Jersey Mike`s” fəst fud şəbəkəsinin qurucusu Piter Kankrodan alıb.

Kirayənin təxminən 8000 kvadrat metr sahəsi olduğu və alış-verişin 150 milyon ilə 200 milyon dollar arasında dəyərləndirildiyi güman edilir.

QAZİLER.AZ