Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsinin başlanğıcından bəri ölkəyə 65.922 miqrant gəlib ki, bu da Boris Cons və digər baş nazirlərin rekordunu qırıb.
Qaziler.az xəbər verir ki, bu rəqəmlər Britaniya Daxili İşlər Nazirliyinin məlumatlarını nəzərdən keçirdikdən sonra RİA “Novosti” dərc edib.
Böyük Britaniya Daxili İşlər Nazirliyi və Sərhəd Agentliyinin məlumatlarına görə, Starmerin baş nazir olduğu 5 iyul 2024-cü il ilə 10 fevral 2026-cı il arasında 65.922 miqrant La-Manşı keçib. Sonuncu miqrantlar ölkəyə 8 fevralda gəlib və 219 nəfər olub.
Boris Consun baş nazir kimi bütün müddəti ərzində isə 65.811 miqrant La-Manşı keçib.
QAZİLER.AZ



