Avropa İttifaqı Gürcüstanın Aİ-dən uzaqda qalmalı olduğuna inanaraq, böyük bir səhv edir, çünki onunla üzvlük danışıqları Ukrayna ilə müqayisədə daha faydalıdır.
Qaziler.az xəbər verir ki, bu fikirləri Macarıstan xarici işlər naziri Peter Siyarto Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.
“Biz düşünürük ki, Avropa İttifaqı Gürcüstanın Avropa Birliyindən uzaqda qalmalı olduğuna inanaraq böyük bir səhv edir. Bizim fikrimizcə, vəziyyət aydındır: Gürcüstan AB-ni gücləndirəcək və Gürcüstanla yaxın danışıqlar Ukrayna ilə müqayisədə daha faydalı olacaq. Çünki Ukrayna təkcə AB-ni zəiflətmir, həm də AB üçün təhlükə yaradır", - Siyarto bildirib.
O, Gürcüstanın suverenliyinin gücləndirilməsinə və daxili işlərinə müdaxilənin qarşısının alınmasına xüsusi diqqət yetirdiyini vurğulayıb.
QAZİLER.AZ



