Siyarto Peter Madyarı məhkəməyə verəcək

Siyarto Peter Madyarı məhkəməyə verəcək backend

Macarıstanın xarici işlər naziri Peter Siyarto “Tisa” müxalifət partiyasının lideri və Avropa Parlamentinin üzvü Peter Madyarı böhtan yaymaqda ittiham edərək məhkəməyə verməyi planlaşdırır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, onun haqqında yalan məlumat dərc edən müxalifət onlayn nəşri “Telex”ə qarşı da məhkəmə iddiası qaldırılacaq.

Bir gün əvvəl Peter Madyar sosial mediada Cənubi Koreyanın Qöd şəhərində fəaliyyət göstərən “Samsung” şirkətinin batareya zavodunun ətraf mühitin təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq işlədiyini və işçilərini təhlükəyə atdığını iddia edən bir paylaşım yayımlayıb.

"Bu, heç bir əsası olmayan açıq yalan, böhtandır. Bu, heç kimin özünə icazə verməməli olduğu bir şeydir", - deyə Siyarto qeyd edərək, ictimai böhtan üçün cinayət işi açacağını açıqlayıb.

QAZİLER.AZ