İsveç Ukraynaya göstərilən yardımın yükündən şikayətləndi

İsveç Ukraynaya göstərilən yardımın yükündən şikayətləndi backend

Skandinaviya ölkələri Ukraynaya hərbi yardım göstərmək üçün Kiyevi NATO-nun bütün dəsətəyinin üçdə biri ilə təmin edir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard Finlandiya xarici işlər naziri Elina Valtonens ilə birgə mətbuat konfransında bildirib.

"Şimali Avropa ölkələri NATO-nun Ukraynaya verdiyi hərbi yardımın üçdə birini təmin edir", - deyə o bildirib.

İsveç xarici işlər naziri qeyd edib ki, Skandinaviya regionunun əhalisi ümumilikdə 30 milyondan azdır, NATO-nun əhalisi isə təxminən bir milyarddır.

QAZİLER.AZ