Rusiyanın Yaxın Şərqə "Su-57" qırıcılarının tədarükü ABŞ-ni həyəcanlandırdı

Rusiyanın Yaxın Şərqə "Su-57" qırıcılarının tədarükü  ABŞ-ni həyəcanlandırdı backend

Rusiyanın beşinci nəsil “Su-57” qırıcı təyyarələrinin Yaxın Şərq ölkələrinə tədarükü yerli güc balansına təsir göstərə bilər.

Qaziler.az-ın məlumatına görə, bu barədə Amerikanın "Military Watch Magazine" jurnalı yazı dərc edib.

Yazıda iddia olunur ki, bu təyyarələr üçün imzalanan çoxsaylı müqavilə regionda hava-güc balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

“Su-57”lərin genişmiqyaslı satışı Yaxın Şərqdə hava-güc balansını əhəmiyyətli dərəcədə dəyişdirəcək. Çünki İsrail regionda yeganə beşinci nəsil qırıcı operatoru, Əlcəzair isə Afrikada yeganə operator olaraq qalır.

Müşahidəçilərə görə, Rusiya qırıcısı bölgədəki digər dövlətlərlə silahlanmaya girərsə, hava üstünlüyünü təmin edə bilər. Onlar hesab edirlər ki, İsrailin “F-35” ekvivalentləri yaxın gələcəkdə yüksək intensivli döyüş əməliyyatları aparmaq üçün tam qabiliyyətli olmayacaq.

QAZİLER.AZ