İki ölkə Rusiya neftinin daşınmasına qoyulan qadağaya qarşı çıxıb

İki ölkə Rusiya neftinin daşınmasına qoyulan qadağaya qarşı çıxıb backend

Yunanıstan və Malta Avropa Birliyinin Rusiya neftinin daşınmasına, o cümlədən gəmilərin sığortalanmasına və çarterləşdirilməsinə tam qadağa qoymaq təklifini əsassız hesab edirlər.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır.

Hər iki ölkə öz mövqeyini 20—ci Rusiya əleyhinə sanksiyalar paketinin layihəsinin müzakirə olunduğu Aİ səfirlərinin görüşündə ifadə ediblər.

Bu ölkələrin nümayəndələri hesab edirlər ki, bu cür tədbirlər Avropa gəmiçilik sənayesinə zərər verə və enerji qiymətlərinin artmasına səbəb ola bilər. Bundan əlavə, Afina və Valetta sanksiyalar paketinin digər bəndləri, o cümlədən Rusiya neftini emal edən xarici limanlara qoyulmuş məhdudiyyətlər və gəmi satışına sərt nəzarət barədə aydınlıq gətirilməsini tələb ediblər.

QAZİLER.AZ