Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Qəzza üzrə Sülh Şurasının fevralın 19-da Vaşinqtonda keçiriləcək birinci iclasında iştirak etməyə hazırdır.
Bu barədə "Geo News" mənbələrə istinadən məlumat yayıb.
"Pakistan hökuməti Qəzza üzrə Sülh Şurasını Baş nazirin iclasda iştirak edəcəyi barədə rəsmi qaydada məlumatlandırıb",- nəşr qeyd edib.
Xatırladaq ki, Sülh Şurasının birinci iclasında İsrail və HƏMAS arasında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi məsələləri, həmçinin Qəzza zolağının bərpası üçün vəsaitin toplanması mexanizmləri müzakirə olunacaq.
Report.az



