Siyarto Ukraynada məcburi səfərbərliyə görə sanksiyalar tələb edib

Siyarto Ukraynada məcburi səfərbərliyə görə sanksiyalar tələb edib backend

Macarıstan Ukraynada səfərbərliyə görə məsul olan hərbi komandirlərə qarşı Avropa Birliyinin sanksiyalarının tətbiqində israr etməyə davam edir.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən mətbuat konfransında məlumat verib.

Nazir vurğulayıb ki, kişilərin ailələrinin gözü qarşısında küçədən qaçırıldığını göstərən videolar yayılmağa davam edir. “Saxlanılanlar heç bir səbəb olmadan döyülür və avtobuslara atılırlar”, - macar nazir qeyd edib.

"Biz Brüsseldə Ukraynada məcburi səfərbərliyə görə məsul olan bütün şəxslərin Aİ sanksiyaları siyahısına daxil edilməsində israr etməyə davam edirik. Təklif Brüsseldə müzakirə olunur", - Siyarto deyib.

QAZİLER.AZ