Ukrayna Avropaya silah ixrac etmək niyyətindədir və 2026-cı ildə Aİ ölkələrində on ixrac mərkəzi açacaq.
Qaziler.az bildirir ki, “İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
"Bu gün ixracatı açırıq. 2026-cı ilə qədər Avropada on ixrac mərkəzi olacaq. Bunlara Baltikyanı ölkələr və Skandinaviya ölkələri daxildir. 2026-cı ildə on nümayəndəlik fəaliyyət göstərəcək", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Avropaya əsas ixrac məhsulu Ukrayna PUA-ları olacaq. Zelenski vurğulayıb ki, Ukrayna dronlarının istehsalına fevralın ortalarında Almaniyada başlanacaq. O, istehsal xətlərinin artıq Britaniyada fəaliyyət göstərdiyini qeyd edib. Ukrayna lideri 2026-cı ilin Ukrayna texnologiyasına "investisiya ili" olacağına söz verib.
“Bu gün Avropanın təhlükəsizliyi texnologiya və dronlar üzərində qurulub. Bir neçə fərqli layihə var. Bütün bunlar əsasən Ukrayna texnologiyalarına və Ukrayna mütəxəssislərinə əsaslanacaq. Bütün Ukrayna şirkətləri hələ də “digər bazarlara daxil olmaq azadlığını” hiss etmir”, - Zelenski deyib.
“Reuters” bildirir ki, hazırda Ukraynada mindən çox silah və hərbi texnika istehsalçısı var və bunların əksəriyyəti 2022-ci ildən sonra qurulan kiçik özəl şirkətlərdir.
QAZİLER.AZ



