İraqın Ər Rəmadi şəhərində mühasirəyə alınmış İŞİD silahlıları Ərəfat çayı üzərindən şəhərin mərkəzinə gedən sonuncu körpünü partladıblar.
Qaziler.az-ın məlumatına görə, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İraq ordusu Anbar əyalətində İŞİD-ə qarşı irimiqyaslı əməliyyat keçirir. Hazırda ən şiddətli döyüşlərin bu ilin may ayında terrorçuların nəzarətinə keçən Ər-Ramadi şəhərinin inzibati mərkəzi uğrunda getdiyi bildirilir.Məlumata görə, ordu qüvvələri Ər-Ramadi şəhərinin əksər hissəsinə nəzarəti bərpa ediblər.