Tehran yenə uranın zənginləşdirilməsindən imtina etməyib

Tehran yenə uranın zənginləşdirilməsindən imtina etməyib backend

İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı Tehranın uranın zənginləşdirilməsindən imtina etmək və ya onu başqa bir ölkəyə köçürmək niyyətində olmadığını bildirib.

Qaziler.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazır.

Qəzetin mənbələrinə görə, görüşdə tərəflərdən heç biri danışıqlar mövqeyini dəyişməyib. Lakin Vaşinqton və Tehran ABŞ-nin İrana mümkün zərbəsindən qaçmaq üçün problemin diplomatik həllini axtarmağa davam etmək niyyətində olduqlarını bildiriblər.

QAZİLER.AZ