Aktrisa Kristen Stüart hələ də "Spenser" filmindəki Britaniya Şahzadəsi Diana obrazını canlandırdığı roldan qurtula bilmədiyini söyləyib.
Qaziler.az xəbər verir ki, aktrisa rejissorluq debütü olan "Suyun xronologiyası" filminin London premyerasında “The Telegraph”a qəzetinə danışıb.
"Onun ruhu hələ də məni təqib edir. Onu düşünmədən bu şəhərdə və ya Parisdə maşınla gedə bilmərəm. O qadından gələn bütün sevgi... İstənilən an onun üçün ağlaya bilərəm", - deyə o etiraf edib.
Keçmiş Uels Şahzadəsi 1997-ci ildə Parisdə 36 yaşında vəfat edib. Avtomobil qəzasına düşən Diananın həyatını xilas etmək mümkün olmayıb. "Spenser" filmində Stüart 1991-ci ilin gərgin Milad dövründə, Şahzadə Çarlzla evliliyinin çətin dövrünü yaşayan Diana rolunu canlandırıb. Stüart əvvəlcə bu obrazı oynaya biləcəyinə şübhə etdiyini söyləyib.
Lakin rejissor aktrisanı boy və göz rəngindəki fərqin əhəmiyyətsiz olduğuna inandırıb. Nəticədə, "Spenser" filmindəki rolu Stüartı “Ən Yaxşı Aktrisa” nominasiyasında Oskar mükafatına namizəd edib.
QAZİLER.AZ



