Şiələrin “Hizbullah” hərəkatının kəşfiyyat rəhbəri Vafiq Safa istefa verib.
Qaziler.az bildirir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat verib.
Nəşrin məlumatına görə, təşkilatın rəhbərliyi fevralın 6-da Safanın istefasını qəbul edib.
Şiə icmasına yaxın mənbələr iddia edir ki, Safanın istefasına hərəkatın yanvar ayında yenidən qurulması səbəb olub və bu, onun komandanlığı altında xüsusi təyinatlı qüvvələr bölməsinə də təsir edib. İslahat nəticəsində Safanın səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, lakin o, vəzifəsindən azad edilməyib.
Portala görə, onun müvəqqəti lideri vəzifəsini Hac Sacid kimi tanınan Hüseyn Bərədə icra edəcək.
QAZİLER.AZ



