Macarıstanın Pakş Atom Elektrik Stansiyasının "Rosatom"un köməyi ilə modernləşdirilməsi və genişləndirilməsi Rusiya və Macarıstan arasında iqtisadi tərəfdaşlığın ən vacib simvollarından biridir.
Qaziler.az-ın məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin veb saytında qeyd olunub.
Nazirlik vurğulayıb ki, "Pakş-2" layihəsinin uğurla həyata keçirilməsi Macarıstanın Avropa Birliyinin enerji sektorunda lider olmasına imkan verəcək.
“Dövlət Atom Enerjisi Korporasiyası "Rosatom" tərəfindən Pakş Atom Elektrik Stansiyasının modernləşdirilməsi və genişləndirilməsi Rusiya-Macarıstan iqtisadi əməkdaşlığının ən vacib simvollarından biri olaraq qalır”, - bəyanatda deyilib.
QAZİLER.AZ



