Hollandiyanın rəqəmsal suverenliyinə təhdid var

Hollandiyanın rəqəmsal suverenliyinə təhdid var backend

Rəqəmsal texnologiya üzrə mütəxəssis Bert Hubertin sözlərinə görə, “Solvinity”nin Amerika şirkəti “Kyndryl”a satılması Niderlandın rəqəmsal suverenliyinə risk yaradır.

Qaziler.az bu barədə "NU.nl"a istinadla yazır.

Onun sözlərinə görə, Hollandiya hökumətinin onlayn identifikasiya sistemi olan “DigiD”ni inkişaf etdirən şirkətin rəhbəri Vaşinqtondan əmr gələrsə, ona tabe olmağa məcbur olacaq.

“Kyndryl” rəhbəri ABŞ hakimiyyət orqanlarından məlumatlarını təhvil verməsini tələb edən məktub alsa, o, buna tabe olmağa məcbur olacaq. Alternativ isə həbsxanadır”, - Hubert qeyd edib.

“DigiD” sistemindən gündəlik milyonlarla Niderland sakini vergi ödəmək, bank məlumatlarını yoxlamaq və sığorta almaq kimi müxtəlif dövlət xidmətlərinə çıxış əldə etmək üçün istifadə edir. Xidmətdən məsul olan “Solvinity” şirkəti avadanlıqlarını Niderlanddakı məlumat mərkəzində idarə edir.

Niderlandın Antiinhisar İdarəsi sövdələşmə ilə bağlı araşdırma aparır. Qərar bu ilin mart ayında verilə bilər. Bu arada, Niderland hökuməti xarici İT şirkətlərindən asılılığını azaltmağa çalışaraq milli bulud infrastrukturunu fəal şəkildə inkişaf etdirir.

QAZİLER.AZ