İran və ABŞ nümayəndələri Omanın paytaxtında İranın nüvə proqramı ilə bağlı mühüm məsləhətləşmələr apardılar.
Qaziler.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial media hesabında açıqlama verib.
O, danışıqların ciddi olduğunu və tərəflərin dialoqu davam etdirmək niyyətində olduğunu qeyd edib.
Əl-Busaidi yazıb: "Bu gün [bizim] vasitəçiliyimizlə Məskatda İran və ABŞ arasında çox ciddi danışıqlar baş tutdu".
Nazir qeyd edib ki, Omanın vasitəçiliyi ilə keçirilən müzakirələr konstruktiv olub və hər iki tərəfə mövqelərini aydınlaşdırmağa imkan verib. O əlavə edib ki, görüşdə bu məsələnin həllində daha da irəliləyiş əldə etmək üçün mümkün sahələr müəyyən edilib. Əl-Busaidi həmçinin tərəflərin uyğun vaxtda növbəti görüşün keçirilməsi barədə razılığa gəldiyini bildirib.
QAZİLER.AZ



