ABŞ təhlükəli terrorçu Zübeyər əl-Bakuşu ələ keçirdi

ABŞ təhlükəli terrorçu Zübeyər əl-Bakuşu ələ keçirdi backend

ABŞ Federal Təhqiqat Bürosu 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücumda şübhəli bilinən əsas şəxsi saxladığını açıqlayıb.

Qaziler.az bildirir ki, “Reuters” agentliyinin məlumatına görə, şübhəli Zübeyər əl-Bakuş ABŞ-yə ekstradisiya edilib.

Baş prokuror qeyd edib ki, şübhəli qətldə ittiham olunacaq. Zübeyər əl-Bakuşu həmçinin yanğın törətməkdə və terrorizmdə ittiham olunur. ABŞ hakimiyyəti hücumu beynəlxalq terror qruplaşması ilə əlaqəsi olan radikalların fəaliyyəti ilə əlaqələndirir.

Qeyd edək ki, hadisə 2012-ci il sentyabrın 11-də baş verib. Konsulluğa hücum zamanı dörd amerikalı hərbçi həlak olub.

QAZİLER.AZ