Almaniya Avropanın yeni hərbi hegemonu ola bilər

Almaniya Avropanın yeni hərbi hegemonu ola bilər backend

Sürətlə artan hərbi xərcləri ilə Almaniya Avropanın növbəti hərbi hegemonu ola bilər.

Qaziler.az bu barədə “Foreign Affairs” analitik nəşrinə istinadla xəbər verir.

2025-ci ildə ölkə Avropanın digər ölkələrindən daha çox müdafiəyə pul xərcləyib və 2029-cu ilə qədər onun hərbi büdcəsi 189 milyard dolları keçə bilər.

Berlinin artan hərbi qüdrəti qonşuları, xüsusən də Fransa və Polşa arasında narahatlıq doğurur. Nəşr qeyd edir ki, Fransa liderlik uğrunda Almaniya ilə açıq rəqabətə girə bilər ki, bu da Avropanın parçalanmasına gətirib çıxara bilər. Digər narahatlıq doğuran məqam Berlində ifrat sağçı Almaniya Alternativinin (AfD) hakimiyyətə gəlməsidir.

Populyarlıq qazanan AfD Ukraynaya dəstək verməyə qarşı çıxır, AB və NATO-dan muxtariyyət tələb edir. Ekspertlər hesab edirlər ki, Almaniya onun rəhbərliyi altında öz ordusundan qonşularına güc tətbiq etmək üçün istifadə edə bilər və "millətçi və militarist hegemon"a çevrilə bilər.

QAZİLER.AZ