İran və ABŞ Tehranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması məsələsi üzrə 2026-cı ilin ilk danışıqlar raundu başa çatdıqdan sonra dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına əsasən, məsləhətləşmələr davam etdiriləcək, lakin növbəti danışıqların vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Omanın paytaxtında İran və ABŞ arasında İran nüvə dosyesi üzrə danışıqlar raundu başa çatmışdı.



