"Nişan-e-Pakistan" ordeni ölkə prezidenti Asif Əli Zərdari tərəfindən təqdim edilib.
"Ayvan-e-Sədr" iqamətgahında Şavkat Mirziyoyevə "Nişan-e-Pakistan" (Pakistan Nişanı) ordeninin təqdim edilməsi mərasimi keçirilib.
Qaziler.az bildirir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mükafatı Şavkat Mirziyoyevə Pakistan Prezidenti Asif Əli Zərdari təqdim edib.
Tədbirdə qeyd olunub ki, bu nüfuzlu mükafat çoxşaxəli əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin layiqli qiymətləndirilməsi, eləcə də Özbəkistan xalqına qarşı dostluğun və dərin hörmətin təzahürüdür. Prezidentlər Özbəkistan-Pakistan strateji tərəfdaşlığının yeni məna kəsb edəcəyinə əminliklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, bu yüksək mükafat illər ərzində Böyük Britaniya Kraliçası II Elizabet, ABŞ Prezidenti Riçard Nikson, Cənubi Afrika Prezidenti Nelson Mandela, Tayland Kralı Bhumibol Adulyadej, BƏƏ Prezidenti Şeyx Zayed bin Sultan Əl-Nəhyana, Çin Xalq Respublikasının Sədri Hu Szintaoya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmana və digərlərinə təqdim edilib.
QAZİLER.AZ



