Pakistanın paytaxtı İslamabadda baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb.
Apa "Dawn"a istinadən xəbər verir ki, partlayış nəticəsində 169 nəfər yaralanıb.
***
14:03
Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb.
Apa Geo TV-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
***
13:34
Pakistanın paytaxtı İslamabadda partlayış olub.
Apa yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Partlayış cümə namazı zamanı baş verib.



