ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələri yaxın həftələrdə davam etdirməyi planlaşdırırlar, Moskva və Vaşinqton hərbçiləri arasında dialoqun bərpası isə sülhün əldə olunması və saxlanması üçün həlledici əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, nümayəndə heyətləri Əbu-Dabidəki danışıqların nəticələri barədə öz ölkələrinə hesabat vermək və yaxın həftələrdə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda o qeyd edib ki, Vaşinqton və Moskva ABŞ-nin Avropa komandanlığının rəhbəri general Aleksus Qrinkeviçin nəzarəti altında hərbçilər arasında dialoq qurmaq barədə razılığa gəliblər.
"Bu əlaqə kanalı münaqişə başlamazdan əvvəl dayandırılıb və sülhün əldə olunması, qorunması üçün həlledici əhəmiyyət kəsb edir", - Uitkoff vurğulayıb.



