Estoniyada prezident və baş nazir arasında Rusiya ilə əlaqələrin bərpası ilə bağlı fikir ayrılığı yaranıb.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Estoniya prezidenti Alar Karis Rusiya ilə danışıqlar üçün Avropa İttifaqından xüsusi nümayəndə təyin etmək təşəbbüsünü dəstəkləyib. Lakin Baş nazir Kristen Mixal bu mövqe ilə razılaşmayaraq, Moskva ilə birbaşa danışıqların "yersiz" olduğunu bildirib.
“Avropa İttifaqının danışıqlarda iştirak etmədiyi barədə bir fikir var. Deyə bilərəm ki, Avropa İttifaqı daim danışıqlarda iştirak edir - biz Ukrayna ilə danışıqlarda iştirak edirik”, - deyə o vurğulayıb.
QAZİLER.AZ



