Estoniya və Latviya Avropa ilə Rusiya arasında danışıqların bərpasına çağırıblar. Xüsusilə, onlar Avropa ölkələrinin Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməsini istəyirlər.
Qaziler.az-ın məlumatına görə, Latviyanın Baş naziri Evika Silina və Estoniya prezidenti Alar Karis bu barədə Euronews-a verdikləri müsahibədə bildiriblər.
"Düşünürəm ki, biz diplomatiya ilə məşğul olmalıyıq. Həmişə danışmalıyıq, amma Rusiyanı təcrid etməli və ona qarşı sanksiyalar tətbiq etməyə davam etməliyik", - Silinya deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə dialoqa girdiyindən Avropa İttifaqı danışıqlar masasında olmalıdır.
O hesab edir ki, aşağıdakı nümayəndələr ola bilər:
Fransa Prezidenti Emmanuel Makron;
Almaniya Kansleri Fridrix Merts;
Polşa Baş naziri Donald Tusk;
Böyük Britaniya Baş naziri Ker Starmer.
Estoniya Prezidenti Karis konkret adlar açıqlamasa da, səfirin böyük bir Avropa ölkəsindən olması və "hər iki tərəfdən nüfuza" malik olması lazım olduğunu bildirib.
QAZİLER.AZ



