İtaliyanın şimalındakı Alto Adige bölgəsindəki Alp dağlarının Solda adlanan hissəsin də baş verən qar uçqunu nəticəsində iki nəfər ölüb.
Qaziler.az bildirir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, bu gün yerli vaxtla saat 13:30 radələrində (Bakı vaxtı ilə saat 16:30) Alp dağlarının İtaliya tərəfindəki Solda bölgəsində yerləşən Madriccio düşərgəsi yaxınlığında qar uçqunu baş verib.
Hadisə zamanı ərazidə bir qrup alpinist olub və ilkin məlumatlara görə, iki nəfər həlak olub.
İki helikopterdən istifadə edən xilasetmə qrupları əraziyə çataraq bir nəfəri xilas ediblər.
Bəzi şahidlər yaxınlıqda düşən ikinci qar uçqunu altında başqa bir nəfərin qalma ehtimalının olduğunu və xilasetmə işlərinin davam etdiyini bildiriblər.
QAZİLER.AZ



