Kuba prezidenti ABŞ ilə təzyiq və şərt olmadan dialoqa hazır olduğunu bildirib

Kuba prezidenti ABŞ ilə təzyiq və şərt olmadan dialoqa hazır olduğunu bildirib backend

Kuba təzyiq və ya ilkin şərtlər olmadığı təqdirdə istənilən məsələ ilə bağlı ABŞ ilə dialoqa hazırdır.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Kuba prezidenti Migel Dias-Kanel bunu 5 fevralda keçirilən mətbuat konfransında bildirib.

"Kuba ABŞ ilə dialoqa, müzakirə edilməli olan istənilən mövzu ilə bağlı dialoqa hazırdır. Hansı şərtlərlə? Təzyiq olmadan - təzyiq altında dialoq aparmaq mümkün deyil", - deyə o bildirib.

Dias-Kanel vurğulayıb ki, danışıqlar bərabər əsasda və Kubanın suverenliyinə hörmətlə aparılmalıdır, çünki "yalnız belə dialoq vasitəsilə qonşular arasında sivil münasibətlər qurula bilər". O, həmçinin qeyd edib ki, ölkə ABŞ-ın artan təzyiqi qarşısında tək deyil və digər ölkələrdən və şirkətlərdən dəstək alır.

Mümkün hərbi təhdidlə bağlı sualları cavablandıran prezident bildirib ki, Kuba müdafiə sistemləri hazırlayır, son beynəlxalq münaqişələrin təcrübəsinə əsaslanaraq planları yeniləyir, lakin hazırda birbaşa hərbi vəziyyət yoxdur.