Finlandiya Ukraynaya 43 milyon avro dəyərində 32-ci hərbi yardım paketini göndərir.
Qaziler.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.
Əvvəlki bütün çatdırılmalarda olduğu kimi, nazirlik hərbi yardımın məzmununu açıqlamır.
Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə artıq Ukraynaya ümumi dəyəri 3,2 milyard avro olan müdafiə məhsulları tədarük edib.
QAZİLER.AZ



