ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqton sülh müqaviləsi imzalanana qədər Ukraynaya silah verəcək.
Qaziler.az xəbər verir ki, onun sözləri “Newsmax” tərəfindən sitat gətirilib.
"Sülh müqaviləsinin əldə edilməsi üçün lazım olan müddət ərzində biz silahlarımızı NATO müttəfiqlərinə satmağa davam edəcəyik və onlar da öz növbəsində silahları Ukraynaya verəcəklər", - Uitaker bildirib.
O bildirib ki, bu silahlar münaqişəni davam etdirmək üçün hava hücumundan müdafiə və hücum silahlarına aiddir.
"Çünki məhz bu qüvvə sonda sülhü təmin edəcək ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Avropa qitəsinə yeni bir işğalla qarşılaşmayaq", - o deyib.
QAZİLER.AZ



