Tokayev Qrenlandiyanın ilhaqı ilə bağlı Trampa alternativ həll yolu TƏKLİF ETDİ

Tokayev Qrenlandiyanın ilhaqı ilə bağlı Trampa alternativ həll yolu  TƏKLİF ETDİ backend

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ-nin təklif etdiyi ilhaq planı ilə bağlı  Qrenlandiya üçün mümkün gələcək ssenarilər barədə danışıb.

Qaziler.az xəbər verir ki, bu haqda Tokayev Pakistanın "The News International" qəzetinə müsahibəsi zamanı deyib.

"Beynəlxalq təcrübədə ölkələrin əksər hallarda qarşılıqlı faydalı məqsədlərə çatmaq üçün müəyyən ərazilər və ya strateji obyektlər üçün uzunmüddətli icarə müqavilələri bağlamalarına dair bir çox oxşar nümunələr var", - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Tokayev həmçinin bu cür qərarların mütləq dövlətlərin suverenliyini və BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri tanıyan beynəlxalq hüquqa əsaslanmalı olduğunu ifadə edib.

"Mümkün variantlardan biri ABŞ və Danimarkanın Qrenlandiya üçün 120 illik icarə müqaviləsi bağlaması olardı", - deyə Qazaxıstan lideri qeyd edib.

QAZİLER.AZ