"Litva Rusiyadan gözlənilən mümkün hücuma fəal şəkildə hazırlaşır və müdafiəsini gücləndirir".
Qaziler.az xəbər verir ki, bu barədə Litvanın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Deyvidas Matulionis “The Wall Street Journal” (WSJ) qəzetinə verdiyi müsahibədə bildirib.
"Litvalılar narahatdırlar, lakin eyni zamanda Litva hakimiyyəti özünümüdafiəyə hazırlaşır", - deyə litvalı siyasətçisi qeyd edib.
Matulionisin sözlərinə görə, NATO müttəfiqlərindən əlavə qüvvələr gələnə qədər milli ordu öz ərazisində davamlı döyüşlər aparacaq.
Məqalənin müəlliflərinə görə, Avropa liderləri də Rusiyanın hücumu perspektivindən narahatdırlar. NATO ekspertləri 2026-cı ilin sonuna qədər Alyansın şərq cinahlarında Rusiya qüvvələrinin potensial olaraq artacağını proqnozlaşdırırlar.
QAZİLER.AZ



