Mark Zukerberq "Facebook"u yaradarkən dinlədiyi mahnıları paylaşıb

Mark Zukerberq "Facebook"u yaradarkən dinlədiyi mahnıları paylaşıb backend

“Meta”nın baş direktoru Mark Zukerberq 2004-cü ildə “Spotify”da “Facebook” sosial şəbəkəsi üzərində işləyərkən dinlədiyini mahnıların siyahısını dərc edib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, albomun buraxılışı “Facebook”un 22-ci ildönümünə təsadüf edir.

“2004 Coding Jam” adlı kolleksiyaya beş mahnı daxildir. Zukerberq şərhində qeyd edib ki, bu musiqilər sonradan dünyanın ən böyük sosial platformalarından birinə çevriləcək layihənin yaradılmasının ilkin mərhələlərində onun işində əsas yer tutub.

Pleylistə “Trapt” qrupunun "Headstrong", “Audioslave” qrupunun "Like a Stone", “Hoobastank” qrupunun "The Reason", “Linkin Park” qrupunun "In The End" və “Daft Punk” qrupunun "Harder, Better, Faster, Stronger" mahnıları daxildir.

QAZİLER.AZ