Ukrayna ərazilərini güzəştə getməli olacaq - Estoniya lideri

Ukrayna ərazilərini güzəştə getməli olacaq - Estoniya lideri backend

Ukrayna münaqişəni həll etmək üçün müəyyən bir məqamda ərazi iddialarından müvəqqəti olaraq imtina etməyi nəzərdən keçirməli olacaq.

Qaziler.az xəbər verir ki, Estoniya Prezidenti Alar Karis bunu Amerikanın NBC televiziya kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, müəyyən bir məqamda "tarazlıq" tapılmalıdır. Bu, onun Ukraynanın razılaşmaya çatmaq üçün ərazilərdən imtina edib-etməməsi ilə bağlı jurnalistin sualına cavabı olub. Bununla yanaşı Karis vurğulayıb ki, qərar Kiyevindir.

QAZİLER.AZ