Tramp: Xamenei narahat olmalıdır

Tramp: Xamenei narahat olmalıdır backend

Mətbuat konfransı zamanı jurnalistlərdən birinin “İranda Ali Rəhbəri narahat olmalıdırmı?” sualına ABŞ prezidenti Donald Tramp “Bəli! O, çox narahat olmalıdır”, - deyə cavab verib.

Bu barədə “NBC News” məlumat yayıb.

Tramp bildirib ki, İran yenidən nüvə silahı əldə etməyə cəhd edərsə, ABŞ yenidən bunun qarşısını almaq üçün addımlar atacaq.

O bildirib ki, İran hakimiyyəti ölkənin başqa bir hissəsində yeni nüvə obyekti qurmağı düşünüb. Daha sonra ABŞ bundan xəbər tutub və bunu edəcəkləri təqdirdə onlara qarşı çox ağır tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tramp İrandakı etirazlar haqqında da danışıb. O, etirazçıları dəstəklədiklərini bildirib.

APA