ABŞ bu həftə İranla danışıqlar aparmağa hazırdır, ancaq Tehran ilkin məsləhətləşmələr formatına qayıtmağa razı olarsa.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” yazır.
Fevralın 6-da keçirilməsi planlaşdırılan danışıqlar formatı ilə bağlı mübahisə səbəbindən ləğv edildi və Vaşinqtonun güzəştə getməkdən imtina edib.
“Biz onlara ya belə olacaq, ya da heç nə dedik. Onlar isə “Yaxşı, onda heç nə" dedilər” - nəşr Amerika rəsmisindən sitat gətirib.
Mənbəyə görə, ilkin plan regional ölkələrin müşahidəçi qismində iştirakı ilə görüşün İstanbulda keçirilməsini nəzərdə tuturdu. Lakin İran daha sonra danışıqları Omana köçürməyi və onları ikitərəfli etməyi təklif etmişdi. Nəşrdə bildirilir ki, ABŞ tərəfi bu təklifi rədd etdi, lakin ilkin şərtləri qəbul edərsə İranla dialoqu dərhal bərpa etməyə hazırdır.
QAZİLER.AZ



