Üç ölkə Ukraynaya milyardlarla dollar göndərməkdən imtina etdi

Üç ölkə Ukraynaya milyardlarla dollar göndərməkdən  imtina etdi backend

Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər ərzində Ukraynaya 90 milyard avro məbləğində maliyyələşdirmədə iştirak etməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının açıqlamasında qeyd olunub.

Kreditin verilməsi qərarı 27 AB üzv dövlətindən 24-nün iştirakı ilə genişləndirilmiş tərəfdaşlıq proseduru çərçivəsində qəbul edilib.

“Ən əlverişli kredit şərtlərini və Ukraynanın dövlət borcunun dayanıqlılığını təmin etmək üçün kredit üzrə faiz xərcləri AB büdcəsi tərəfindən ödəniləcək. Bu, Çexiya, Macarıstan və Slovakiyanın büdcə töhfələrinə təsir göstərməyəcək”, - sənəddə qeyd edilib.

QAZİLER.AZ