Fransada casusluq şübhəsi ilə 4 nəfər saxlanılıb

Fransada casusluq şübhəsi ilə 4 nəfər saxlanılıb backend

Fransanın Jironde departamentində Çinə casusluq şübhəsi ilə dörd nəfər saxlanılıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə "Le Figaro" qəzeti Paris prokurorluğuna istinadən məlumat yayıb.

"Dörd nəfər Jirondedə saxlanılıb və Çinə casusluq etməkdə şübhəli bilinirlər", - məlumatda qeyd olunub.

Qəzet bunun 31 yanvarda baş verdiyini, lakin hadisənin indi üzə çıxdığı məlum olub.  

Saxlanılanlardan ikisi Çin vətəndaşıdır. Bütün şübhəlilər mümkün ittihamlarla bağlı hakim qarşısına çıxarılıb. Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisi üçün məhkəməyə qədər həbs qətimkan tədbiri tələb ediblər.

QAZİLER.AZ