"ABŞ-Çin münasibətləri dünyanın ən vacib ikitərəfli münasibətləridir".
Qaziler.az-ın məlumatına görə, bunu Ağ Evin sahibi Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığı zamanı bildirib.
Amerika lideri qeyd edib ki, Vaşinqton və Pekin ticarət və iqtisadiyyatda müsbət qarşılıqlı fəaliyyət göstərirlər.
"Amerika Birləşmiş Ştatları və Çin böyük dövlətlərdir. Mənim Çin Xalq Respublikasının sədri Si Cinpinlə əla münasibətlərim var və ona çox hörmət edirəm", - deyə Tramp bildirib.
Qeyd edək ki, fevralın 4-də Si Cinpinlə Tramp arasında telefon danışığı olub.
QAZİLER.AZ



