Çinlə quruda toqquşma cəhdi ABŞ ordusu üçün fəlakətli ola bilər.
Qaziler.az xəbər verir ki, bu haqda Çin portalı “Sohu” yazır.
Nəşr bu nəticəyə Amerika Hərbi Kollecinin hesabatını araşdırdıqdan sonra gəlib. Hesabatda amerikalılar Çin Xalq Azadlıq Ordusunun quru qüvvələrini onilliklərin ən təhlükəli düşməni kimi tanıyıblar.
Mənbəyə görə, Çin ordusunun texnoloji modernləşdirilməsi Vaşinqtonu döyüş meydanındakı ənənəvi üstünlüyündən məhrum edib. Sənəddə amerikalı generallar həmçinin XAO-nun yüksək döyüş hazırlığı və təchizatını vurğulayıblar.
"Əgər sülh istəyirsənsə, müharibəyə hazır ol! Bu, Çin ordusunun əsas prinsipidir", - deyə nəşrin köşə yazarı vurğulayıb.
QAZİLER.AZ



