Fransa Silahlı Qüvvələri 2026-cı ildə ümumi dəyəri 42 milyard avro olan silah və avadanlıq sifariş etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Vəsaitin əsas hissəsi “Meteor” və AASM raketləri, eləcə də “Griffon”, “Serval” və “Jaguar” zirehli maşınları da daxil olmaqla sursatlara xərclənəcək.
"Biz heç vaxt bu qədər sifariş verməmişik", - Fransa Silahlanma Baş İdarəsinin direktoru Patrik Pailloux bildirib.
Fransa həmçinin orta müddətli dövrdə yeni bir freqat sifariş etməyi və “Rafale” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqavilələr imzalamağı planlaşdırır. Kanal 2025-ci il üçün ən böyük müqavilələr arasında yeni nəsil təyyarədaşıyan gəmi (PANG) üzərində işlərin başlandığını və sualtı qayıqlar üçün “M51” ballistik raketlərin modernləşdirildiyini qeyd edib.
QAZİLER.AZ



