Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqlar bərpa edilib

Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqlar bərpa edilib backend

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Ukrayna məsələsinin həlli ilə bağlı üçtərəfli danışıqların bərpasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Bu gün Əbu-Dabidə böhranın nizamlanması üçün siyasi prosesin irəlilədilməsinə yönəlmiş diplomatik səylər çərçivəsində Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu başlayıb", - bəyanatda bildirilir.

Bəyanatda Əbu-Dabidə danışıqların birinci raundda əldə edilmiş nəticələrə əsaslanaraq irəliləyə biləcəyi qeyd olunur.