Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin videokonfrans zamanı ABŞ ilə münasibətlərə dair fikir mübadiləsi aparıblar.
Bu barədə jurnalistlərə Rusiyanın prezident köməkçisi Yuri Uşakov bildirib.
"Təbii ki, Vladimir Putin və Si Cinpin ABŞ-la münasibətlərə dair fikir mübadiləsi apardılar. Bizim yanaşmalarımız burada da praktiki olaraq üst-üstə düşür", - o deyib.
Onun sözlərinə görə, iki ölkənin liderləri İran ətrafındakı gərgin vəziyyəti də müzakirə ediblər.
"İran ətrafındakı gərgin vəziyyətə xüsusi diqqət yetirilib. Putin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ilə baş tutmuş görüşü barədə də məlumat verib", - prezidentin köməkçisi bildirib.
Uşakov qeyd edib ki, onlar həmçinin Venesuela və Kuba ətrafındakı vəziyyəti də müzakirə ediblər.



