Çin lideri Rusiya ilə əlaqələrin inkişafına dair genişmiqyaslı plan hazırlamağı təklif edib - YENİLƏNİB

Çin lideri Rusiya ilə əlaqələrin inkişafına dair genişmiqyaslı plan hazırlamağı təklif edib -  YENİLƏNİB backend

Çin və Rusiya ikitərəfli münasibətlərin inkişafına dair yeni genişmiqyaslı plan hazırlamalıdır.

"Report" Çin mətbuatına istinadən xəbər verir ki, bunu ölkə lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə videobağlantı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Çin-Rusiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur.

Öz növbəsində, Putin bildirib ki, iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq nümunəvi xarakter daşıyır. Bundan başqa, Rusiya və Çin arasında ticarət dövriyyəsi ardıcıl üç ildir 200 milyard dollar həddini keçir.

13:24

Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin bu gün videoəlaqə formatında danışıqlar aparacaqlar.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

"S.Cinpin fevralın 4-də Putinlə videoəlaqə fomatında görüş keçirəcək", - məlumatda qeyd olunub.

Digər təfərrüatlar barədə məlumat verilmir.