Senator Qrem Ukraynaya "Tomahawk" raketlərinin verilməsinə başlanılmasına çağırıb

Senator Qrem Ukraynaya  "Tomahawk" raketlərinin verilməsinə başlanılmasına çağırıb backend

Fevralın 3-də senator Lindsi Qrem  ABŞ prezidenti Donald Trampı Ukraynaya "Tomahawk" raketlərinin verilməsi prosesinə başlamağa çağırıb.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" xəbər verir.

"Mən Prezident Trampı Ukraynaya hərbi baxımdan dönüş nöqtəsi olacaq "Tomaqavk" raketlərinin verilməsi prosesinə başlamağa çağırıram", - Qrem X sosial şəbəkəsindəki hesabında yazıb.

Onun fikrincə, Rusiya tərəfini danışıqlara sövq etmək və Ukraynaya hücumları dayandırmaq üçün görülən təzyiq tədbirləri hələlik nəticə vermir.

QAZİLER.AZ