Myanmada 5,9 bal gücündə zəlzələ baş verib

Myanmada 5,9 bal gücündə zəlzələ baş verib backend

Myanmanın Maqvey bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

ABŞ Geoloji Xidməti (USGS) 5,9 bal gücündə zəlzələnin episentrinin Yenangyaungdan 95 kilometr qərbdə, Maqvey bölgəsində olduğunu açıqladı.

Təxminən 62 kilometr dərinlikdə baş verən zəlzələdə heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.

Hindistan mediasının məlumatına görə, Myanmadakı zəlzələ qonşu ölkələrdə də hiss olunub.

QAZİLER.AZ