İran ABŞ-la danışıqların Omanda keçirilməsini istəyir

İran ABŞ-la danışıqların Omanda keçirilməsini istəyir backend

İran ABŞ-la danışıqların formatını ikitərəfli etməyi və görüşlərin keçirildiyi məkanı Türkiyədən Omana köçürməyi planlaşdırır.

Apa xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

“İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər. Onlar həmçinin görüşlərin yalnız ABŞ-la ikitərəfli formatda keçirilməsində israrlıdır. Onlar bir sıra ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını istəmirlər”, – deyə portal qeyd edib.