Kubada havanın temperaturu ilk dəfə sıfıra düşüb

Kubada havanın temperaturu ilk dəfə sıfıra düşüb backend

Kubada havanın temperaturu ölkə tarixində ilk dəfə sıfır dərəcə selsiyə düşüb. Daha əvvəlki rekord isə 1996-cı ildə qeydə alınıb.

Qaziler.az bildirir ki, bu haqda ölkənin Milli Meteorologiya İnstitutu məlumat yayıb.

“Səhər saat 7:00-da termometr 0 dərəcə Selsi qeydə alıb. Bu, ölkə üçün rekord minimum göstəricidir. Əvvəlki rekord minimum 0,6 dərəcə selsi 18 fevral 1996-cı ildə Bainoa Stansiyasında qeydə alınıb”, - İnstitut bildirib.

Meteoroloqların məlumatına görə, soyuq və quru Arktika hava kütlələrinin təsiri səbəbindən adada havanın temperaturu aşağı düşüb. Aşağı bulud örtüyü və zəif küləklər də buna səbəb olub.

QAZİLER.AZ