Polşanın Baş naziri Donald Tusk bildirib ki, məşhur maliyyəçi Ceffri Epşteynin cinayətləri ilə əlaqəsi olanlar üçün "cəhənnəmdə xüsusi yer" var.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bunu özünün X sosial media hesabında yazıb.
"Orada iştirak edənlər, susanlar və bunu ört-basdır etməyə çalışanlar üçün Cəhənnəmdə xüsusi bir yer var", - deyə o yazıb.
Nəşrə əlavə olunmuş videoda Tusk Polşa kəşfiyyat xidmətlərinin və hökumətinin Epşteyn qalmaqalında iştirak edənlərin məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
QAZİLER.AZ



