Aİ ABŞ-ın təhdidlərinə cavab olaraq ehtiyatla hərəkət etməyə məcburdur.
Avropa İttifaqı (Aİ) gərgin qlobal vəziyyət səbəbindən ABŞ-ın Qrenlandiya ilə bağlı təhdidlərinə cavab olaraq öz reaksiyasında ehtiyatlı olmaq məcburiyyətindədir.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu fevralın 3-də Norveçdə keçirilən konfransda Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
"Əlbəttə ki, biz ehtiyatla hərəkət edirik, çünki təhlükədə çox şey var. Bilirsiniz, biz bu yolda çox diqqətlə davranmalı, irəliləməli, uyğunlaşmağa və işləməyə çalışmalıyıq. Biz heç kimlə münaqişə etmək istəmirik", - Kallas qeyd edib.
O, həmçinin bildirib ki, "müasir reallıqları əks etdirəcək" yeni Aİ Arktika siyasətinin vaxtı gəlib çatıb. Kallasın sözlərinə görə, bütün hərəkətlər güclü tərəfdaşlığa əsaslanmalıdır.
"Aİ Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət kəsb etdiyini başa düşür. Bu, həm də bizim, Avropa İttifaqının strateji əhəmiyyətidir", Kallas əlavə edib.
QAZİLER.AZ



