Rusiyanın Əbu-Dabidə keçiriləcək danışıqlar üçün nümayəndə heyətinin tərkibi açıqlanıb

Rusiyanın Əbu-Dabidə keçiriləcək danışıqlar üçün nümayəndə heyətinin tərkibi açıqlanıb backend

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əbu-Dabidə keçiriləcək danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibi əvvəlki görüşdən dəyişməz qalacaq.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək.

Kreml sözçüsü jurnalistlərlə söhbətində təsdiqləyib ki, budəfəki nümayəndənin tərkibi ötən dəfəki heyət ilə eynidir.

Peskov həmçinin işçi qrupunun Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə danışıqlarının 4 fevral çərşənbə günü başlayacağını və 5 fevrala qədər davam edəcəyini də vurğulayıb.

QAZİLER.AZ